Türkiyə Mərkəzi Bankından valyuta bazarına 4-cü müdaxilə

Türkiyə Mərkəzi Bankı valyuta bazarına satış istiqamətində müdaxilə edib.
“Fins.az” xəbər verir ki, Türkiyə Mərkəzi Bankı məzənnə 14,75-ə qalxdıqdan sonra bazara müdaxilə edir.
Mərkəzi bankın bu barədə yayımladığı açıqlamada, “Mövcud məzənnələrində görünən qeyri-sağlam qiymət formalaşmalarına görə valyuta bazarına satışı istiqamətində birbaşa müdaxilə edilir,”deyə bildilir.
Qeyd edək ki, Türkiyı Mərkəzi Bankı dekabrın 1-də valyuta məzənnələrindəki qeyri-sağlam qiymət formalaşması səbəbindən 2014-cü ildən idiyəqədərki müddətdə ilk dəfə bazara müdaxilə etdiyini açıqlayıb.
Bloomberg HT-nin əldə etdiyi məlumata görə, Mərkəzi Bank dekabrın 1-də birbaşa intervensiya ilə bazara təxminən 700 milyon dollar xarici valyuta satıb. Günorta saatlarında edilən ilk müdaxilə zamanı 500 milyon dollara yaxın olan əməliyyat həcmi, günorta bazar sakitləşdikdən sonra təxminən 200 milyon dollara qədər davam edib.
Xatırladaq ki, sözügedən müdaxilə, dekabrın 1-dən etibarən Mərkəzi Bankın bazara dördüncü müdaxiləsidir.