Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri artıb

Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 388.2 mln. dollar artıb.
“Fins.az “xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb.
Məlumatda bildilir ki, xalis maliyyə öhdəlikləri isə 177.7 mln. dollar azalıb, nəticədə portfel investisiyaların axınları üzrə 565.9 mln. dollar mənfi saldo yaranıb.
Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər əsasən neft-qaz sahəsində 9.9 mln. dollar, dövlət 157.7 mln. dollar, bank 112.5 mln dollar və özəl 108.1 mln. dollar sektorların hesabına artıb.