Laqard: Şərtlər yaranarsa, faiz dərəcələrini artırmaqdan çəkinməyəcəyik

Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard şərtlər yaranarsa, faiz dərəcələrini artırmaqdan çəkinməyəcəklərini bildirib.
Fins.az xəbər verir ki, ECB prezidenti Christine Lagarde inflyasiyanın artımının müvəqqəti olduğunu və növbəti il ərzində azalacağını bildirib.Tədbirdə çıxış edən Laqard bir bank olaraq inflyasiyanın 2022-ci ildə düşəcəyinə əmin olduqlarını bildirib.Laqard neft və enerji qiymətlərinin hazırkı inflyasiya artımında təsirli olduğunu və gələn il burada ciddi azalma olacağını proqnozlaşdırıb. Bununla belə, o, tədarük çatışmazlığının qiymətlərə təzyiq göstərməkdə davam edəcəyini bəyan edib.
Avro zonasında inflyasiya keçən ay 4,9 faiz təşkil edərək, ECB-nin 2 faizlik hədəfini xeyli üstələyib.Laqard əlavə edib ki, 2022-ci ildə faiz artımı ehtimalı kifayət qədər aşağıdır, lakin şərtlər yaranarsa, dərəcələri artırmaqdan çəkinməyəcəklər.