Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən büdəcəyə daxil olan vəsaitin məbləği AÇIQLANIB

Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən 2021-ci ilin 10 ayı ərzində 90 mln. manata yaxın vəsaitin dövlət büdcəsinə daxil olması təmin edilib
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi məlumat yayımlayıb.
Məlumata görə, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,2 dəfə çoxdur. Eyni zamanda, özəlləşdirilən sahələrə investisiyaların cəlb edilməsi istiqamətində də tədbirlər görülüb. Cari ilin 10 ayı ərzində 21 milyon manat həcmində investisiya cəlb olunub və 100-ə yaxın daimi iş yeri yaradılıb.