Bayden Çin strateji ehtiyatındakı nefti satacağına ümid edir

ABŞ prezidenti Co Bayden cümə günü bildirib ki, Çin hələ ABŞ-dan nümunə götürməyib və strateji neft ehtiyatlarının bir hissəsini satmayıb, lakin hələ də bu addımı ata bilər.
Fins.az xəbər verir ki, o, Ağ Evdə ABŞ və bir sıra digər ölkələrin ehtiyatlardan xammalı satmaq təşəbbüsünü şərh edərkən deyib: “Çin hələ bunu etməyib, lakin gələcəkdə yeni tədbirlər görə bilər”.
Baydenin sözlərinə görə, bu təşəbbüs bir gecədə yüksək neft qiymətləri problemini həll etməyə bilər, lakin zaman keçdikcə bu, şübhəsiz ki, öz rolunu oynayacaq.
Noyabrın 23-də ABŞ prezidenti ölkənin Strateji Neft Ehtiyatından 50 milyon barel satmaq niyyətini açıqlayıb və bu addımı Çin, Yaponiya, Hindistan, Cənubi Koreya və Böyük Britaniya ya da tövsiyyə edib.