Sberbank-dan neftlə bağlı YENİ PROQNOZ
30 İyun
264

Sberbank-dan neftlə bağlı YENİ PROQNOZ

Sberbank, qarşıdakı 30 ildə neft qiymətlərində enmə gözləyir. 

Fins.az xəbər verir ki, bankın təxminlərinə görə, 2050-ci ilə qədər Urals neftinin qiyməti üç dəfə, bir barel üçün 26 dollara düşə bilər. Bu qiymətləndirmə Beynəlxalq Maliyyə Konqresindəki çıxışı zamanı "Sberbank"ın rəhbəri German Gref tərəfindən səsləndirilib.

“Qiymətləndirmələrimiz - bu gün hökumətə təqdim etdik - deyərdim, çox ciddi görünür. Çox narahatvericidir. Xüsusilə Urals neftinin qiyməti. 2050-ci ilədək bir barel üçün 77 dollar olan baza qiymət,- Gref deyib.

Bundan əlavə, bankın təxminlərinə görə, Rusiyada yaxın 30 ildə mövcud karbonlaşma dərəcəsi ilə neft hasilatı üç dəfə azalacaq və neft ixracı 4-6 dəfə azala bilər.