Azərbaycanın strateji valyuta ehtiyatları 53 mlrd. dolları üstələyib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 4,4% (2,2 mlrd. ABŞ dolları) artaraq 53 mlrd. ABŞ dollarını üstələyib.
“Fins.az”xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın faiz dəhlizinin parametrləri barədə açıqlamasında məlumat verilib.
Azərbaycan Mərkəzi Bankın ehtiyatları isə 10,2% artaraq 7 mlrd. dolları keçib. Cari meyillərin davam etməsi halında 2022-ci ildə də tədiyə balansında əhəmiyyətli profisit gözlənilir.
Qeyd olunub ki,ötən iclasdan bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarında tələb bir qədər artsa da, ümumilikdə valyuta bazarında tarazlıq qorunmuş, il ərzində milli valyutanın məzənnəsi sabitlik nümayiş etdirmişdir.