Azərbaycanda bu şirkət kapitalının yarım milyondan çoxunu geri götürüb

Azərbaycanda fəaliyyət göstərən şirkət nizamnamə kapitalını kəskin azaldır.
Fins.az “Advayta” MMC nizamnamə kapitalının 504,910 min manat məbləğində azaldılaraq 100 manat təşkil etməsi barədə qərar qəbul edib.
Məlumata görə, görə, şirkətin nizamnamə kapitalı daha əvvəl 505,010 min manat təşkil edib.
Qeyd edək ki, “Advayta” MMC 09.09.2019 dövlət qeydiyyatına alınıb və hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Gəncə pr., ev 95, m. 104-dür. Şirkətin qanuni təmsilçisi Əliyev Emin Rasim oğludur.