Azərbaycan qeyri-neft sənaye məhsulları hansı ölkələrdə satılır?

Azərbaycan qeyri-neft sənayesinin ən çox ixrac edildiyi və tələbin olduğu ölkə Rusiyadır. Rusiya Azərbaycanın qeyri-neft sənayesinin 32,40%-nin ixrac olunğu yerdir. Lakin, son 1 ildə biz bu ixracda artım yox, azalma və stabillik görürük. Çünki Rusiyanın pomidor və digər məhsullarla bağlı qadağası Azərbaycan iqtisadiyyatına müəyyən həcmdə zərər vurub. Əvəzində isə Azərbaycan qeyri-neft sənayesinnin ixracında Türkiyə önəmli rol almağa başlayıb. Lakin bu da kifayət deyil. Hədəf kontur kimi Zəngəzur dəhlizinn götürülməsini nəzərə alsaq, növbəti ilin sonuna qədər Azərbaycanın qeyri-neft sektorunun ixrac olunğu ölkələr sırasında biz Rusiyanı deyil, Türkiyə, İsveçrə və digər Avropa ölkələrini lider kimi görəcəyik. Rusiya və Türkiyə hazırda Azərbaycanın qeyri-neft sənaye məhsullarının ixracında 57%-lik paya sahibdirlər.

