ABŞ bank sektorunun mənfəəti təxminən 36% artıb

Bu ilin üçüncü rübündə ABŞ-da bank sektorunun mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 36% artaraq 69,5 milyard dollara çatıb.
Fins.az xəbər verir ki, ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) tərəfindən verilən açıqlamada, 4914 kommersiya bankı və əmanət təşkilatının bu ilin üçüncü rübündə xalis mənfəətinin 69,5 milyard dollar olaraq hesablandığı bildirilib.
Açıqlamada sözügedən mənfəətin ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz artdığı və bu artımın iqtisadi artım və kredit şərtlərinin yaxşılaşması ilə bağlı olduğu bildirilib.
Açıqlamada, bank mənfəətinin bu ilin üçüncü rübündə ikinci rüblə müqayisədə 1,2 faiz azaldığı bildirilib.
FDIC sədri Jelena McWilliams, güclü kapital və likvidlik səviyyələri ilə bank sektorunun yeni koronavirus (Kovid-19) epidemiyasının yaratdığı çətinliklərlə mübarizə apararkən ölkənin maliyyə xidmətlərinə ehtiyaclarını dəstəkləməyə davam etdiyini söylədi.
“Bank sektoru 2021-ci ilin üçüncü rübündə davamlı iqtisadi artım və kredit keyfiyyətinin daha da yaxşılaşdırılması ilə dəstəklənən güclü gəlirlər bildirdi” dedi McWilliams. ifadəsini işlətdi.