820.000 ton/il transit dəniz yanacağı satışı ilə Türkiyə bazarının lideri

2013-cü ildə fəaliyyətə başlayan SOCAR MARINE, beynəlxalq dəniz şirkətlərindən yerli gəmi sahibi şirkətlərə qədər əhatə edən müştəri portfeli, yüksək təcrübəsi, dənizçi kadrı, ehtiyaclara sürətli cavab verən quruluşu, üstün məhsul və xidmət anlayışı ilə dənizçilik sektorunun inkişafına öz töhfəsini verməklə yanaşı, fəaliyyətləri ilə milli iqtisadiyyata da əhəmiyyətli dərəcədə xarici valyuta axını təmin edir.
“Fins.az” xəbər verir ki, fərqli xüsusiyyətlərə sahib bütün dəniz yanacaqlarının İskenderun və Mersin bölgələrində ilkin tədarükünü təmin edərək bölgəni beynəlxalq dəniz yanacağı bazarına çıxarmaqda başçılıq etmişdir.
İzmit Körfəzində yerləşən 80.000 kubmetr saxlama tutumu və 14 dəniz tankeri olan güclü tədarük şəbəkəsinə malik SOCAR MARINE, 820.000 ton/il transit dəniz yanacağı satışı ilə Türkiyə bazarının lideri oldu.
2019-cu ildə transit və ixracat daxilində STAD terminalından ilk dəfə dəniz yanacağı satmağa başladı və İzmir bölgəsinin beynəlxalq dəniz yanacağı bazarında güclü bir mövqeyə doğru ilk addımlarını atdı.
SOCAR MARINE, həm satış, həm də əməliyyat sahəsindəki üstün performansı ilə 12-ci Beynəlxalq Qızıl Lövbər Dənizçilik Müvəffəqiyyəti Mükafatlarında “Logistika və Gəmi Yanacaq Tədarükü Kateqoriyası”nda ən uğurlu şirkət mükafatına layiq görülmüşdür.