Qəsrdə bir həftə yaşamağa razı olan işçi axtarılır
17 Dekabr
514

Qəsrdə bir həftə yaşamağa razı olan işçi axtarılır

Qəhvə şirkəti Şotlandiyanın “Carlowrie Castle” qəsrində bir həftə yaşamağa razı olan işçi axtarır.

Turizm.fins.az məlumat verir ki, müsabiqə hamı üçün açıqdır.

Beş min dollar maaşdan əlavə, uğurlu namizədə şəxsi xidmətçi də ayrılacaq.

Qəsrin sakini gün ərzində beş dəfə qida ilə təmin olunacaq. Vakansiyada aşpaz dərsləri, SPA prosedurları və qeyri-məhdud miqdarda enerji içkiləri təklif olunur.

Müsabiqənin qalibi özü ilə bərabər bir şəxsi də qəsrə apara bilər. 

©İnsider